AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XXIX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Komitə AZAL-la oyunun 13-cü dəqiqəsində birbaşa qırmızı vərəqə alan "İnter"in üzvü Fərid Abbaslını, həmin matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra meydandan qovulan AZAL-ın futbolçusu Oyunun Rüstəm Rüstəmlini və "Zirə" ilə görüşün 76-cı dəqiqəsində iki sarı vərəqə alaraq meydanı tərk edən “Rəvan”ın oyunçusu Nuran Qurbanovu 1 oyunluq cəzalandırıb, klubları 100 manat cərimələyib.
"Qəbələ" isə “Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə edilib.
Fanat.az