"Neftçi" son illərdə qazandığı nəticələr sayəsində Avropa Klublar Assosiasiyasının (ECA) həqiqi üzvünə çevrilib. Fanat.az xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində keçirilmiş tədbirdə "Neftçi"ni klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edib.
Mərasimdə Avropa klublarının inkişaf perspektivləri və fəaliyyəti barədə müzakirələr aparılıb. Assosiasiyanın iclasında qitənin bəzi klubları mükafatlara layiq görülüb. Almaniyanın "Bavariya" klubu ilin ən yaxşı futbol klubu seçilib. Ən yaxşı inkişafa görə təsis edilmiş mükafat "Borussiya" (Dortmund) klubu nümayəndələrinə təqdim edilib. Belçika təmsilçisi "Genk" ən yaxşı sosial layihə, İtaliyanın "Yuventus" klubu isə ən yaxşı infrastruktur icraçısı mükafatlarına yiyələnib.
Qeyd edək ki, tədbirdə "Xəzər Lənkəran" qurumun üzvülüyünə qəbul olunub. "Neftçi" fövqəladə, "Bakı", AZAL və "Xəzər Lənkəran" assosiativ üzv statusu daşıyır.
Fanat.az