Topaz Premyer Liqasında daha iki komanda çempionluq şansını itirib. Fanat.az xəbər verir ki, "Kəpəz"lə "İnter" qızıl medal şanslarını ən azı bir mövsum təxirə salmalı olub.
Komandalar arasında bu gün baş tutan oyun 1:1 hesabı ilə yekunlaşıb. Lider "Qarabağ" isə "Neftçi"ni udub. İndi "Qarabağ"ın 69, "İnter"in 49, "Kəpəz" 46 xalı var. Bakılalır liderdən 20, gəncəlilər 23 xal geri qalır. Qarşıdakı 6 turda "Qarabağ" bütün oyunları uduzsa belə, "İnter"lə "Kəpəz"in onlara çatmaq şansı olmayacaq.
Qeyd edək ki, XXX turadək "Qəbələ", AZAL, "Neftçi", "Sumqayıt", "Xəzər Lənkəran" və "Kəpəz" çempionluq şansını itirmişdi. Son iki komanda medal qazanmaq, "Sumqayıt" 2-cilik şansını da əldən verib.
Sabah "Neftçi" gümüş medalları qazanmaq şansını əldən verə bilər. Belə ki, "Zirə" "Xəzər Lənkəran"la oyunda bir xal qazansa, "ağ-qaralar" ən yaxşı halda bürünc medallara ümid etməli olacaq.
Qeyd edək ki, indi çempionluq uğrunda iki komanda - "Qarabağ"la "Zirə" mübarizə aparır. Aktivində 56 xal olan debütant liderdən 13 xal geri qalır.
Fanat.az