"Xəzər Lənkəran"ın uğursuz oyunlar seriyası davam edir. Fanat.az xəbər verir ki, cənub təmsilçisi qələbəsiz oyunlar seriyasını 19-a, məğlubiyyət seriyasını 7-yə çatdırıb.
"Ağ-yaşıllar" Premyer Liqanın XXX turunda səfərdə "Zirə"yə yenilib - 0:1. Bununla da komanda ardıcıl 19-cu matçda meydanı qələbəsiz tərk edib. Komanda sonuncu dəfə XI turun ötən ilin 2 noyabrında keçirilən "Rəvan"la səfər oyununda 3 xala sevinib. Beləliklə, "Xəzər Lənkəran" artıq 158 gündü qələbəyə həsrət qalıb.
"Ağ-yaşıllar" sonuncu dəfə XXIII turun "Qəbələ" ilə səfər oyununda xal qazanıb - 0:0. Həmin qarşılaşma bu ilin 27 fevralında baş tutub və Elbrus Məmmədovun başçılıq etdiyi komanda artıq 50 gündü aktivinə xal yaza bilmir.
Uğursuz seriya zamanı "Xəzər Lənkəran" 19 oyun keçirib və cəmi 2 xal qazana bilib. Belə ki, lənkəranlılar "Rəvan" və "Qəbələ"dən 1 xal qoparıb.
"Xəzər Lənkəran" bu müddətdə "Qarabağ", "Neftçi" və "Zirə"yə 3, AZAL, "Kəpəz" və "İnter"ə 2, "Sumqayıt" və "Qəbələ"yə 1 dəfə yenilib.
19 oyunluq uğursuz seriya zamanı ən çox qeydə alınan hesab 1:0 olub. Belə ki, "Xəzər Lənkəran" 10 oyunda meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib. "Ağ-yaşıllar" dörd dəfə 0:2, iki dəfə 0:2, bir dəfə 0:3 hesabı ilə uduzub. Heç-heçə başa çatan hər iki matç isə eyni hesabla yekunlaşıb - 0:0.
TUR | OYUN | HESAB |
XII | Xəzər Lənkəran - Qarabağ | 0:1 |
XIII | Xəzər Lənkəran - Neftçi | 0:2 |
XIV | Zirə - Xəzər Lənkəran | 1:0 |
XV | Xəzər Lənkəran - Qəbələ | 0:1 |
XVI | AZAL - Xəzər Lənkəran | 1:0 |
XVII | Xəzər Lənkəran - Kəpəz | 0:1 |
XVIII | İnter - Xəzər Lənkəran | 2:0 |
XIX | Xəzər Lənkəran - Rəvan | 0:0 |
XX | Qarabağ - Xəzər Lənkəran | 3:0 |
XXI | Neftçi - Xəzər Lənkəran | 1:0 |
XXII | Xəzər Lənkəran - Zirə | 0:2 |
XXIII | Qəbələ - Xəzər Lənkəran | 0:0 |
XXIV | Xəzər Lənkəran - AZAL | 0:1 |
XXV | Kəpəz - Xəzər Lənkəran | 2:0 |
XXVI | Xəzər Lənkəran - İnter | 0:1 |
XXVII | Sumqayıt - Xəzər Lənkəran | 2:1 |
XXVIII | Xəzər Lənkəran - Qarabağ | 1:2 |
XXIX | Xəzər Lənkəran - Neftçi | 0:1 |
XXX | Zirə - Xəzər Lənkəran | 1:0 |
Fanat.az