14:35 18.04.2016 470

Bakı “İnter”ində daha bir itki

“İnter”in daha bir futbolçusu sıradan çıxıb. Fanat.az xəbər verir ki, müdafiəçi İlkin Qırtımov da “zədəlilər karvanı”na qoşulub.

 

Topaz Premyer Liqasının XXX turunda “Kəpəz”lə (1:1) baş tutan səfər qarşılaşmasında zədələnən 26 yaşlı futbolçu 63-cü dəqiqədə Sərtan Taşkınla əvəzlənmişdi. Həkim müayinəsindən keçən Qırtımovda əzələ dartılması aşkar olunub. Klubun həkimləri onun 2 həftə komandadan ayrı qalacağını bildiriblər.

 

Bu isə o deməkdi ki, İlkin Premyer Liqanın qarşıdakı iki turunda “Qarabağ” və “Sumqayıt”, həmçinin ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində Ağdam klubu ilə ilk matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, “İnter”in qapıçısı Kamran Ağayev və yarımmüdafiəçisi Nizami Hacıyev də hazırda zədədən əziyyət çəkirlər.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər
Facebookdan bizi izləməyi unutmayın.
X