"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Ulriş Kapolonqo sıradan çıxıb.
Konqolu futbolçu ötən gün məşqdə zədə alıb. Onun sabah "Rəvan"a qarşı oynayıb-oynamayacağı bilinmir.
Qeyd edək ki, Kapolonqo Konqo yığmasının düşərgəsindən yenicə dönüb. O, millinin heyətində Nigerə qarşı oynayıb və qol vurub.
Fanat.az