15:31 27.04.2016 669

"Rəqibin adı, mövqeyi yox, gücü əsasdı" - "Kəpəz"in qapıçısı

"Kəpəz”in qapıçısı Tadas Simaitis klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.


- Tadas, əvvəlcə "Sumqayıt” ilə oyun haqda fikirlərini öyrənək...

- Yaxşı mübarizəli oyun oldu. Hər iki komanda fərqlənmək üçün çoxlu sayda qol imkanı yaratdı. Amma ələ düşən fürsətlərdən biz daha yaxşı istifadə edib rəqib üzərində qələbə qazandıq. Qalib gəlmək bizim üçün çox vacib idi. 3 xala ehtiyacımız vardı. Şadam ki, qarşıya qoyulan tapşırığı komanda yoldaşlarımla birgə yerinə yetirə bildik. İrəliyə baxmaq lazımdır.


- Oyun ərzində bir neçə epizodda komandanı real qoldan xilas etdin. Öz oyunun haqda nə deyə bilərsən?

- Qolkiper çərçivəyə ən yaxın futbolçudur, qapını qorumaq da ən çox onun üzərindədir. Qol buraxmamaq üçün əlimdən gələni etdim, bəzən alındı, bəzən isə yox. Qolkiperin işi çox çətindir, bir oyunda komandanı xilas edib qəhrəman olursan, o biri matçda qol buraxıb antiqəhrəman sayılırsan (gülümsəyir).


- Çempionatın başa çatmasına 5 tur qalıb. Nəyə ümid etmək olar?

- İlk növbədə medal qazanmaq lazımdır. Mövsümü mükafatla başa vurmaq əla olar. Hamımız bunun reallaşması üçün çalışırıq, məqsədimiz eynidir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Avropa Liqasına vəsiqə qazanmağımız da pis nəticə olmayacaq. İndidən rahatlaşmaq olmaz, çətin oyunlar hələ qabaqdadır. Sona kimi mübarizə aparmalıyıq.


- Qarşıdakı turda "Rəvan”ı qəbul edəcəyik. Rəqib autsayder olsa da, iddialı komandalara badalaq vurmaq gücündədir. Sən necə düşünürsən?

- Rəqiblər arasında fərq yoxdur. Premyer Liqada çıxış edən bütün komandalar bir-birilərinə güc gələ bilirlər. "Rəvan”ın turnir cədvəlində sonuncu pillədə olması bizi aldatmamalıdır. Mənim kimi, uşaqlar da yaxşı başa düşür ki, çətin oyun olacaq. Hamımız bakılılarla görüşə ciddi yanaşmalı və səylə hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz. Rəqibin adı, mövqeyi yox, gücü əsasdır. "Qarabağ”a qarşı oyunlara necə hazırlaşmışıqsa, "Rəvan” ilə matça da elə köklənməliyik.


- "Kəpəz” hər dəfə meydana tam heyətlə çıxa bilmir. Kimsə cəza və ya zədəyə görə oyunu buraxmalı olur. Bu nə dərəcədə oyununuza təsir edir?

- Əlbəttə, bu təsirsiz ötüşmür. Çempionat uzun yarışdır. Hansısa futbolçunun zədə alması və ya cəzalı olması normal haldır. Amma nəzərə almalıyıq ki, bizim ehtiyat oyunçular skamyası elə də geniş deyil. Son iki görüşdə Namiq Ələsgərov bizə kömək edə bilmədi. O, komandamızın aparıcı futbolçusudur. İndi də Kərim Diniyev vərəqə limitinə görə "Rəvan” ilə görüşü buraxacaq.


- Mövsüm başlayandan bütün oyunlarda əsas heyətdə sən meydana çıxmısan, yorğunluq var?

- Elə də yox. Özümü yaxşı hiss edirəm. Düzdür, hərdən ağrıyan yerlərim olur, amma buna fikir verməməyə çalışıram. Hər oyunda komandama kömək etməyə çalışıram. Bu, nə dərəcədə alınır, bunu baş məşqçimiz və kənardakılar deyə bilər. "Kəpəz”də olduğum üçün xoşbəxtəm, mövsümü yüksək notlarla başa vurmağa çalışacağam.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X