18:26 30.04.2016 870

Avroliqa iddiaçıları üçün 3 xal - Gəncədə 5, Bakıda 1 qol

Bu gün Topaz Premyer Liqasında XXXII tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyunda avrokubok iddiaçıları autsayderləri qəbul edib. Belə ki, "Kəpəz" "Rəvan"ı, AZAL "Xəzər Lənkəran"ı sınağa çəkib.

Günə saat "Kəpəz" - "Rəvan" matçı ilə start verilib. Ən azı bir günlük 3-cü pilləni ələ keçirmək iddiasında olan gəncəlilər son pillənin sahibini məğlub edib - 3:2. Hesabı 10-cu dəqiqədə Julien Ebah açıb. "Rəvan" buna Ramazan Abbasovun 40-cı dəqiqədə vuruduğu penalti qolu ilə cavab verib. 46-cı dəqiqədə "Kəpəz" Kənan Müslümovün avtoqoluna sevinib. 60-cı dəqiqədə Tural Axundov penaltini dəqiq yerinə yetirərək fərqi 2 topa çatdırıb. 89-cu dəqiqədə isə qonaqlardan Elnur Abdulov matçın son qoluna imza atıb. 89. Beləliklə, "Rəvan" cari mövsümdə "Kəpəz"lə oyunlarda qələbəyə həsrət qalıb. Belə ki, iki oyunda Gəncə təmsilçisi 3 xalı aktivinə yazıb (2:0, 3:1), bir matç "sülh"lə yekunlaşıb (3:1).

Günün ikinci matçında isə AZAL "Xəzər Lənkəran"ı qəbul edib. "Neftçi" ilə xal fərqini qorumaq və 5-ci pilləyə yaxınlaşmaq iddiasında olan "təyyarəçilər" doğma meydanda qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna 54-cü dəqiqədə Nuqzar Kvirtiya imza atıb. Beləliklə, "Xəzər Lənkəran"ın qələbə həsrəti 21 oyuna çatıb. "Ağ-yaşıllar" son 9 oyunda aktivinə xal yaza bilməyib. Komandalar arasında cari mövsümdə keçirilən ilk oyunda "Xəzər Lənkəran" (3:1), sonrakı iki matçda AZAL qələbə qazanıb (1:0, 1:0).

Qeyd edək ki, turun qalan 3 oyunu sabah keçiriləcək.

Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXII tur

30 aprel
Kəpəz - Rəvan 3:2
Qollar: Julien Ebah, 10. Kənan Müslümov, 46 (avtoqol). Tural Axundov, 60-pen - Ramazan Abbasov, 40-penElnur Abdulov, 89.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 7. Juninyo, 8. Budaq Nəsirov, 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayılov, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 21. Xəzər Qəribov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 4. Kənan Müslümov, 8. Məmməd Quliyev, 11. Elnur Abdulov, 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 19. Hüseyn Axundov, 21. Novruz Məmmədov, 86. Yasin Həmid, 92. Yamin Ağakərimzadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Saşa Yunisoğlu, 15. Ceyhun Abdullayev, 28. Xanlar Teymurov, 29. Əziz Quliyev, 98. Ülvi Kələşov, 99. Əziz Hüseynov.
Baş məşqçi: Bəhmən Həsənov.
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Murad Məmmədov.
Gəncə şəhər stadionu.

AZAL - Xəzər Lənkəran 1:0
Qol: Nuqzar Kvirtiya, 54.
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 5. Kamil Hüseynov, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 27. Aleksandr Quruli, 77. Adan Koronado, 88. Mirzağa Hüseynpur.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Aydın Qasımov, 4. Qvanzav Maqomedov, 10. Nuqzar Kvirtiya, 17. Elmin Çobanov, 19. Məhəmməd Bədəlbəyli, 63. Seyidrəzi Ağayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Xəzər Lənkəran: 25. Tərlan Qasımzadə, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 99. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 9. Bayram Budaqov, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 88. Kənan Bağırzadə.
Baş məşqçi: Elbrus Məmmədov.
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əli Hüseynov.
"AZAL Arena".

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

31

22

6

3

57-19

72

2

Zirə

31

17

9

5

39-22

60

3

Kəpəz

32

14

10

8

42-35

52

4

Qəbələ

31

13

10

8

36-24

49

5

İnter

31

13

10

8

28-21

49

6

AZAL

32

13

6

13

24-29

45

7

Neftçi

31

10

9

12

29-33

39

8

Sumqayıt

31

6

11

14

32-43

29

9

Xəzər Lənkəran

32

3

5

24

12-42

14

10

Rəvan

32

4

8

20

22-53

14

Bombardirlər

Nelson Bonilla (Zirə) - 14. Dani Kintana (Qarabağ) - 11. Ruslan Qurbanov (Neftçi) - 10. Riçard Almeyda (Qarabağ) - 9.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X