AZAL Premyer Liqanın XXXIII turunda "Neftçi" ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, paytaxt klubu Avropa Liqasına vəsiqə uğrunda əsas rəqibi ilə oyuna tam heyətlə çıxa bilməyəcək.
Belə ki, Murad Səttarlı bu turda da oynaya bilməyəcək. Zədədən əziyyət çəkən 23 yaşlı hücumçu hələ sağalmayıb. Murad sonuncu dəfə XXX turda "Sumqayıt"a qarşı oynayıb.
Qeyd edək ki, Murad Səttarlı cari mövsümdə Premyer Liqada 27 oyun keçirib və 4 qol vurub.
Fanat.az