2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb. Fanat.az xəbər verir ki, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğuna görə, FİFA-nın qərarı ilə qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Oyun "Bakcell Arenada" keçiriləcək.
Qeyd edək ki, bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.
Fanat.az