"Qarabağ"ın zədəli futbolçusu Muarem Muaremdən xəbər var. Fanat.az xəbər verir ki, makedoniyalı futbolçu artıq zədəsini sağaldıb.
Muarem "İnter"lə kubokun yarıfinal mərhələsinin ilk oyununda zədələnmiş və meydanı erkən tərk etmişdi. Bu səbəbdən o, Premyer Liqada "Zirə"yə, kubokda "İnter"ə qarşı keçirilən cavab matçını buraxmalı olmuşdu. Zədəsini sağaldan makedoniyalı futbolçu bu gün "Sumqayıt"a qarşı oynaya bilər.
Fanat.az