"Xəzər Lənkəran" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Ağadadaş Həmidov Vaquf Güləliyevin xidmətindən məhrum olub.
Belə ki, gənc futbolçu cəzalı duruma düşüb. "İnter"lə matçın 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Vaquf sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü "sarı"nı alan futbolçu XXXV turun "Sumqayıt"la oyununu buraxacaq.
Qeyd edək ki, Vaquf matçın 33-cü dəqiqəsində penaltidən yararlana bilməyən Vaquf 47-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.
Fanat.az