Robert Prosineski millinin Avstriya toplanışı üçün heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, xorvat mütəxəssisin 29 nəfərlik siyahısında 3 debütant var.
Belə ki, Prosineçki "Zirə"dən müqavilə ilə "Qarabağ"a məxsus olan Vüqar Mustafayevlə Adil Nağıyevi, "Sumqayıt"dan Amil Yunanovu ilk dəfə ilk dəfə milliyə dəvət edib.
Bundan başqa Türkiyənin "Qaziantep BB" klubunda çıxış edən Ufuk Budak da uzun fasilədən sonra milliyə dönüb.
Fanat.az