Topaz Premyer Liqasının başa çatan 2015/16 mövsümündə 390 qol vurulub. Fanat.az xəbər verir ki, baş tutan 36 turun 180 matçındakı orta məhsuldarlıq 2,17-yə bərabər olub.
Bu, ölkə çempionatlarında 3 ən aşağı göstəricidən biridi. 2010/11 mövsümündə 1,98, 2009/10 mövsümündə 2,04-lə ifadə edilən orta məhsuldarlıq digər çempionatlarda daha yüksək olub.
Başa çatan mövsümdə “Qarabağ” hamıdan çox - 66, “Xəzər Lənkəran” ən az - 16 qol vurub.
“Qarabağ” hamıdan az - 21 top buraxıbsa, “Rəvan”da bu rəqəm üçqat çoxdu - 63.
“Sumqayıt”la “Rəvan”ın keçirdiyi görüşlərdə daha çox - 90 qol vurulub. AZAL-ın iştirakı ilə baş tutan matçlarda 64 qol qeydə alınıb.
Mövsümüm qollarından 221-nə meydan sahibləri, 169-na qonaqlar imza atıblar.
Öz meydanında 40 qol vurub, 6-nı buraxan “Qarabağ” hər iki göstəricidə hamıdan yaxşıdı. “Xəzər Lənkəran” evdə 9 qol vurubsa, “Rəvan” 30-nu buraxmaqla ən aşağı göstəriciyə malikdi.
Səfərdə “Qarabağ” 26 qol vurubsa, “Xəzər Lənkəran”la AZAL hərəyə 7 dəfə fərqləniblər. Rəqib meydanında ən az qol buraxan 4 komanda - “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” hərəsi 14 topa üzülüb. Ən pis göstəriciyə malik “Rəvan” rəqib meydanlarında 33 qol buraxıb. (PFL)
Fanat.az