20:58 21.05.2016 1086

"Xəzər Lənkəran"ı dəfn edən əllər - Mənsimov niyə susur?

Boğaza qədər çirkaba bulaşmış Azərbaycan futbolunun dünən daha bir utanc səhifəsi yazıldı. Xaqani Məmmədovun yetişdirdiyi "istedadlı" hakimlərdən olan Ramil Diniyev yüzminlərlə azarkeşin sevgisinə tüpürüb "Xəzər Lənkəran"ı I diviziona göndərdi.

"Xəzər Lənkəran"ı kimlər bitirdi?

Dünyada heç bir hakimin vermədiyi qərarı verib "Xəzər Lənkəran"ın qapısına penalti təyin edən Diniyev AFFA-nın binasında oturan rəhbərlərinin iç üzünü açıb ortaya qoydu. Bir daha məlum oldu ki, "Xəzər Lənkəran" kimi klub orda oturanların heç birinə - nə Elxan Məmmədova, nə Ramin Musayevə, nə Xaqani Məmmədova, nə də qalstuklu nazirlərlə, şirkət prezidentlərinə, onların müavinlərinə lazım deyil. Onlara "Sumqayıt" kimi, "Kəpəz" kimi, lap elə "Neftçi" kimi buyruq qulları lazımdı ki, barmaqlarını hansı istiqamətə tutsalar ora getsinlər, bunların ciblərini doldursunlar.

Ötən gün başa vurduğumuz futbol mövsümü hakim rusvayçılıqları ilə yaddaşlarda qalacaq. "Xəzər Lənkəran"a qarşı edilən haqsızlıq bu mövsüm ilk olmadı, sonuncu da olmayacaq. Zaman keçəcək, hər şey unudulacaq və "qəhrəmanlar" yenə iş başında olacaq.


Bütün bunların günahkarı kimdi? Təkcə Xaqani Məmmədovmu? Özü boyda çirkabın içində olan bu adam daha neyləməlidi ki, arxasından bir təpik vurub AFFA-nın binasında qovulsun? Qurumun keçmiş rəhbərliyi tərəfindən rüşvətə görə futboldan silinən sabiq FIFA referisi hansı üstün keyfiyyətlərinə görə bu qədər öqəmli vəzifədə oturub, bunu bilən varmı?

Hələ utanmaz-utanmaz durub deyir ki, Ramil Diniyevin penalti qərarı doğrudu. Səbəbkar - "Rəvan"ın futbolçusu Ruslan Tağızadə həmin epizodda penalti olmadığın deyir və "Xəzər Lənkəran" azarkeşlərindən üzr istəyir. Həyasızlığın dərəcəsinə bax ki, hakimbaşı futbolçunun belə üzünə durur, onu səhv çıxardır. 


Üstəlik, Ramil Diniyevin qərəzli olmadığını sübut etmək üçün növbəti "quşu" buraxır ki, bəs "hakim qərəzli olsaydı "Rəvan"ın TƏMİZ QOLUNU sayar, penaltidən sonra "Xəzər Lənkəran"ın qapısına iikinci penaltini təyin edərdi". Bəs deyirdin, hakim oyunu yaxşı idarə edib? Belə çıxır ki, Ramil Diniyev oyunda daha iki kobud səhvə yol verib (fərqi yoxdu, hansı tərəfə). Bu boyda iki səhvə yol verən ("Xəzər Lənkəran"ın qapısına təyin edilən penaltini nəzərə almıram) hakim oyunu necə yüksək səviyyədə idarə edib?

Ramil Diniyev... Üç il əvvəl hakimlikdən qovulan bu adamı hansı sirrli əllər yenidən hakimliyə gətirdi? "O bir də hakimlik etsə, mən kişi deyiləm, burdan gedərəm" deyən Ramin Musayevə kim sözünü geri götüzdürdü? Bu adam daha neçə komandanın belini qırmalıdı ki, Azərbaycan futbolunu bazara çevirənlər yuxudan oyansın?...

Futbolumuzun ögey övladı - "Xəzər Lənkəran"


AFFA və PFL-in başında oturanlar həmişə "Xəzər Lənkəran"a qarşı "ögey övlad" münasibəti bəsləyib. Sanki bu klubun Azərbaycan futboluna dəxli yox imiş kimi davranırlar. Olmayan "Sumqayıt"ı Premyer Liqaya sürükləyib gətirənlər, 2 dəfə aşağı liqaya düşsə də qoruyub saxlayanlar, heç nəyi olmayan "Kəpəz"i Premyer Liqaya çıxardanlar, dağılmış "Simurq"un xarabalıqlarında "Zaqatala"nı yaradanlar, "Turan"ın adını 2 dəfə dəyişib yaşadanlar nədənsə bugünədək bir dəfə dönüb "Xəzər Lənkəran"a tərəf baxmayıblar. 

Niyə? Çünki onlara müstəqil, öz sözünü deyən, bunların barmağının girmədiyi klub lazım deyil. Elxan Məmmədova qazanc gətirməyən klub çempionatda oynaya bilməz. Ramin Musayevin "Neftçi" dövründən kin saxladığı klubun Premyer Liqada oynamaq, uğur qazanmaq haqqı verilmir. Xaqani Məmmədov üçün isə heç nəyin fərqi, dəyəri yoxdu, nə olursa-olsun sifarişlər yerinə yetsin, "dayı"larından "sağ ol" alsın.

"Xəzər Lənkəran"a niyə lisenziya verilmədi?


"Xəzər Lənkəran"ın məhvinin əsası bir neçə gün əvvəl qoyulmuşdu. AFFA-nın Premyer Liqada oynamaq üçün lisenziya vermədiyi klubun zatən çempionata buraxılmayacağı bəlli idi.

"Xəzər Lənkəran"a niyə lisenziya verilmədi? Maliyyə məsələlərinə görə. Klubun keçmiş futbolçularına borcu var. Hansı klubun borcu yoxdu ki? Məgər, UEFA "İnter"i futbolçularına borcu olduğu üçün avrokuboklardan kənarlaşdırılmadı? Dünyanın böyük klublarından olan "Milan"ın, "İnter"in, "Qalatasaray"ın belə futbolçulara milyonlarla borcu var. Bəs onlara niyə lisenziya verilir?

Bəs yayda bir həftəyə yaradılıb Premyer Liqaya gətirilən "Rəvan" lisenziyalaşdırma qaydalarına cavab verirdi? Yoxsa, bostanlıqda, qəzalı vəziyyətdəki stadionda futbol oynayan "Kəpəz" bütün şərtləri yerinə yetirib? Bəlkə hansı amala xidmət etdiyi bilinməyən "Sumqayıt"da hər şey yağ-bal kimidi? Onların "Xəzər Lənkəran"dan da betər vəziyyətdə olduğunu hamımız bilirik. Təyyarə tutub, "İnter"i az qala bütün Avropada gəzdirən, bütün səfər xərclərini ödəyən AFFA niyə "Xəzər Lənkəran"a ögey münasibət göstərir, niyə heç bir güzəşt etmir? Təkcə ona görə ki, Elxan Məmmədovun, Ramin Musayevin bu kluba sözü keçmir, orda istədiklərini edə bilmirlər.

Mübariz Mənsimov hardadı?

"Xəzər Lənkəran"ın bu vəziyyətə salınmasının günahkarı təkcə AFFA binasında oturanlardırmı? Yox, onlar qədər klubun sahibləri, onu idarə edənlər də günahkardı. Elə biri Mübariz Mənsimov. Bu günə qədər milyonlarını klub üçün xərcləyən, bütün futbol azarkeşlərinin sevgisini qazanan bu adam öz yaratdığı komandanı niyə yarı yolda qoydu? Məgər, "Palmali" şefinin kluba ayırmağa 2-3 milyon pulu yox idi ki, "Xəzər Lənkəran" hər kəs üçün qapazaltıya çevirildi? Var, özü də çoxdu, bir yox, 10 "Xəzər Lənkəran" saxlayacaq qədər var. Xərcləmək istəmir, biznesmendi, gəlir olmayan sahəyə pul qoymaq istəmir. Getmək istəyir, amma gedə bilmir. Bəhanə axtırır... Və deyəsən, artıq bəhanə də hazırdı...


Klubu buraxıb Allahın və birdə burdakı qardaşı Mais Mənsimovla Tuyqun Nadirovun ümidinə. Onların günahı yoxdurmu? Var, özü də hamıdan çox. Bu gün "Xəzər Lənkəran"la bağlı FIFA-da onlarla şikayət varsa, günahkarı məhz onlardı. Bu gün "Xəzər Lənkəran" futbolçularına maaş verməyə pul tapmırsa, günahkarı onlardı. Bu gün "Xəzər Lənkəran" I diviziona düşürsə, günahkarı yenə onlardı.

Bir vaxtlar Elxan Məmmədova sığınıb Klublar Komitəsinə sədr seçilən Tuyqun Nadirov bir gün başlarına bu müsibətin gətiriləcəyini bilməli idi. İndi həmin Elxan Məmmədov "Xəzər Lənkəran"a qarşı haqsızlığa niyə etiraz etmir? Niyə batmaqda olan klubu xilas etmək üçün yardım əlini uzatmır? "Sumqayıt"a, "Kəpəz", "İnter"ə, "Turan", "Zaqatala"ya edilən güzəştlər niyə "Xəzər Lənkəran"a olunmur? Görəsən, Tuyqun Nadirov bu sualları dostu Elxan Məmmədova veribmi?

Mübariz Mənsimov gəlib haqqını tələb etsin


Son söz yenə Mübariz Mənsimovundu. İllər əvvəl əziyyətlə yaradıb bu yerlərə gətirdiyi klub səhnədən bu şəkildə çəkilməməlidi. Mübariz Mənsimov gəlib AFFA-nın binasında oturub, haqqını tələb etməli, ədaləti bərpa etməlidi. Ondan sonra istəyir klubu dağıtsın, istəyir yaşatsın. Amma bu şəkildə yaxasını kənara çəkməklə heç nəyə nail ola bilməyəcək. Əksinə, onminlərlə azarkeşin hisslərinə, sevgisinə hörmətsizlik etmiş olacaq.

P.S: Ramin Musayevin son açıqlamaları göstərir ki, "Şərurspor" gələn mövsüm Premyer Liqada olacaq. Hər halda, PFL prezident artıq işarəni verib. Həmin "Şərurspor" ki, bir mövsümdə artıq özündən söz etdirib, I divizionu qumarxanaya çevirib. Deyəsən, Musayevin inkişafından bəh-bəhlə danışdığı, iştirakçılarının yarıdan çoxu səfələt içində yaşayan Premyer Liqanı da qumarxanaya çevirmək istəyirlər. Nə deyirik, bazarınız bol olsun.

Pərvin Kazımoğlu
Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

Facebookdan bizi izləməyi unutmayın.
X