"Zirə" daha bir futbolçu ilə anlaşma əldə edib. Fanat.az xəbər verir ki, Bakı klubu Tellur Mütəllimovla razılığa gəlib.
Gənc yarımmüdafiəçi 2015/16 mövsümündə icarə əsasında "Zirə"də çıxış edib. Debüt mövsümündə gümüq medalları qazanan Mütəllimov "Qəbələ"dən daha bir illik icarəyə götürülüb. 21 yaşlı futbolçu "Zirə"də 17 rəsmi oyuna çıxıb və 1334 dəqiqə oynayıb.
Qeyd edək ki, "Zirə" Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezi Mbah, Dieqo Souza, Sadiq Quliyev və Luis Alberto Diezlə yollarını ayırıb, Kamal Bayramov, Anar Nəzirov, Aleksandr Şemonayev, Vüqar Mustafayev, Elvin Məmmədov, Nurlan Novruzov və Nelson Bonilla ilə yeni müqavilə imzalayıb. Klub həmçinin "Qarabağ"dan Vüqar Mustafayevi icarəyə götürü, "Rəvan"dan Yasin Hamidi transfer edib.
Fanat.az