2016-cı il mayın 16-da 2016/17 mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə AFFA-nın Lisenziya Komissiyasının iclasında baxılıb.
Fanat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclas zamanı 8 klubla bağlı (AZAL PFK, İnter PİK, Kəpəz PFK, Qarabağ FK, Qəbələ İK, Neftçi PFK, Sumqayıt FK və Zirə PFK) ilə bağlı müvafiq qərarlar açıqlanıb.
Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədləri tam olaraq təmin etmək üçün əlavə 14 gün vaxt verilib.
Beləliklə, çatışmazlıqları aradan qaldırmaq üçün verilmiş müddət bu gün başa çatıb və lisenziya üçün müraciət etmiş klublardan heç biri sənədləri tam şəkildə təqdim etməyib. Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.
Qeyd edək ki, Lisenziya Komissiyasının martın 16-da açıqladığı qərara əsasən avrokuboklarda iştirak üçün AZAL, "Kəpəz" "İnter", "Qarabağ", "Qəbələ" və "Neftci"yə lisenziya verilib. Çempion "Qarabağ" Çempionlar Liqasında, 3-5-6-cı yerlərin sahibləri - müvafiq olaraq "Qəbələ", "Kəpəz" və "Neftçi" Avropa Liqasında iştirak edəcək. Gümüş medalları qazanan "Zirə" fəaliyyət müddəti 3 ili əhatə etmədiyindən, 4-cü yeri turan "İnter" UEFA tərəfindən cəzalandırıldığından avrokuboklarda iştirak etməyəcək.
Avrokouboklarda iştirak lizensiyası əldə edən 8 klub - AZAL, "Kəpəz" "İnter", "Qarabağ", "Qəbələ", "Neftci" ilə yanaşı, "Zirə" və "Sumqayıt" Premyer Liqada iştirak hüququ qazana bilməyib. Beləliklə, növbəti mövsüm Premyer Liqada işirak edə biləcək 8 klub var. Qalan iki klubun kimliyi bəlli deyil. Nəticədə çempionat ya 8 klubun iştirakı ilə keçiriləcək, ya da AFFA yenə saxtakarlıq edərək mövsümün startına 1 həftə qalmış hansısa klubu qanunsuz yollarla Premyer Liqaya buraxacaq.
Fanat.az