"Kəpəz" yeni transferlərlə bağlı rəsmi məlumat yayıb. Fanat.az xəbər verir ki, Gəncə klubu 5 futbolçunu heyətinə qatdığını elan edib.
Bunlardan biri "Rəvan"dan Novruz Məmmədov olub. Son mövsümdə Bakı klubunun heyətində 35 oyuna keçirən 26 yaşlı müdafiəçi AZAL, "Bakı" və "Muğan"ın, həmçinin U-21-in formasını geyinib.
Transferlərdən ikisi "Xəzər Lənkəran"dan olub. Belə ki, cənub təmsilçisindən Vüqar Bəybalayevlə Tural Qürbətov Gəncə klubuna keçib. Maraqlıdı ki, hər iki futbolçu "Bakı"nın yetirməsidi. Onlar mövsümün ilk yarısını "Rəvan"da, ikinci hissəsini "Xəzər Lənkəran"da keçirib. 22 yaşlı yarımmüdafiəçi Vüqar Bəybalayev cənub klubunda 18, 23 yaşlı hücumçu Tural Qürbətov 16 oyuna çıxıb. Sonuncu 3 qola imza atıb.
Daha bir transfer "Zirə"dən Nicat Qurbanov olub. Paytaxt klubunun yeni müqavilə təklifini qəbul etməyən 24 yaşlı yarımmüdafiəçinin "Neftçi"yə keçəcəyi deyilirdi. Əvvəllər "Neftçi", "Simurq" və AZAL-da oynamış Nicat son mövsümdə "Zirə"nin heyətində "Zirə" 27 oyuna çıxıb və 3 qol vurub. Qurbanov 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvüdü.
Son transfer isə "Ağsu"dan Davud Kərimi olub. 31 yaşlı qapıçı əvvəllər "Simurq", "Gənclərbirliyi" (Sumqayıt), MOİK, "Muğan", "Rəvan" və Türkiyənin"Fəthiyəspor" klublarında oynayıb. O, 2014/15 mövsümündə "Kəpəz" I divizonda çıxış edərkən ilk dövrədə heyətdə olub.
Bütün futbolçularla bir illik müqavilə imzalanıb.
Fanat.az