"Qəbələ" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bölgə klubu Pavel Paşayevlə vidalaşıb.
Baş məşqçi Roman Qriqorçukun oynatmadığı müdafiəçi klub əməkdaşlıqda maraqlı olmayıb. Bu səbəbdən komandanın heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, qış fasiləsində "Qəbələ"nin heyətinə cəlb olunan Pavelə Roman Qriqorçuk cəmi bir matçda 45 dəqiqə oynamaq şansı verib. Bölgə klubunun heyətində tapşırıqla peyda olduğu şübhə doğurmayan müdafiəçi millimizin baş məşqçisi Roman Qriqorçukun da sevimli oyunçusudu. Həmişə "kim klubunda oynayacaqsa, milliyə çağırılacaq" deyən xorvat mütəxəssis nədənsə eyni sözləri Pavelə aid etmir. Uzun müddətdi ayağı top dəyməyən futbolçu millinin daimi üzvlərindən biridi və hazırda komandanın Avstriya toplanışında iştirak edir.
Onu da qeyd edək ki, "Qəbələ" bundan əvvəl Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Dodo və Ruslan Abışovla yollarını ayırıb.
Fanat.az