Roman Qriqorçuk "Qəbələ"dən gedə bilər. Fanat.az xəbər verir ki, bu barədə ukraynalı mütəxəssis özü açıqlama verib.
Ukraynanın "Sport-Express Ukrayna" nəşrinə müsahibə verən Qriqorçuk qışda aldığı təklifləri dəyərləndirmədiyini bildirib: "Qışda mənə təkliflər oldu və onlardan bir neçəsi ciddi idi. Ancaq işlədiyim kluba hörmətim böyükdü. Bu səbəbdən, heç bir danışıq aparmadım. "Qəbələ" ilə yeni müqaviləm 2017-ci ilin yayında başa çatır. Amma klubla qeyri-rəsmi razılığımız var ki, hansısa ciddi və maraqlı təkliflər olsa, klub buna anlayışla yanaşacaq".
Fanat.az