"Sumqayıt" mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Fərhad Vəliyevlə müqavilə imzalayıb.
Sumqayıt futbol məktəbinin yetirməsi olan 36 yaşlı qolkiper son 10 ildə şərəfini qoruduğu "Qarabağ"dan ayrılıb, doğma şəhərə qayıdıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, karyerası ərzində "Qarabağ"dan başqa, "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi" və "İnter"in formalarını geyinmiş Vəliyev 2003/04, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu olub. O, həmçinin 5 dəfə də Azərbaycan kubokunu başı üzərinə qaldırıb.
Fanat.az