"Borussiya"nın futbolçusu Pyer Emerik Aubameyanq karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Fanat.az xəbər verir ki, Dortmund klubunun qabonlu üzvü "Mançester Siti" və "Mançester Yunayted"in maraq dairəsinə düşüb.
Hər iki klubu onun tarsferinini bitirmək niyyətindədi. Artıq "Borussiya" da futbolçusuna qiymət qoyub. Aubameyanqı heyətinə qatmaq istəyən klub 65 milyon avro ödəməlidi.
Qeyd edək ki, Pyer Emerik Aubameyanq 2012-ci ildə 1,8 milon avroya "Milan"dan "Sent-Etyen"ə keçib və "Borussia" bir il sonra onu 18 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. Futbolçu başa çatan mövsümdə 49 rəsmi oyuna çıxıb və 39 qol vurub.
Aubameyanq Avropa Liqasının qrup mərhələsində "Qəbələ"yə qarşı da iki oyun keçirib. Bakıdakı ounda het-trik edən qabonlu futbolçu Dortmunddakı matçda bir qol vurub.
Fanat.az