19:55 15.09.2013 780

"Təyyarə" vuruldu, "Simurq" qələbə qazandı

Topaz Premyer Liqasında VI tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə 2 matç baş tutub.

Əvvəlcə "Simurq" və "Sumqayıt" qarşılaşıb. Zaqatala şəhər stadionunda təmir işləri getdiyindən "Qəbələ"də keçirilən matçda hesab 22-ci dəqiqədə açılıb. Stepan Polyak "Simurq"u hesabda önə keçirib. 37-ci dəqiqədə Draqan Çeran fərqi iki topa çatdırıb. 4 dəqiqə sonra Polyak özünün ikinci, komandasının üçüncü qolunu vurub. Matçın əlavə olunmuş dəqiqələrində isə Elşən Abdullayev "Sumqayıt"ın təsəlli qolunu vurub.

Günün və turun son oyununda iddialılar - AZAL-la "Qəbələ" münasibətlərinə aydınlıq gətirib. "Təyyarəçilər"  mövsümə "Neftçi" məğlubiyyəti ilə başlasa da, sonradan ardıcıl 4 qələbə qazanıb liderliyi ələ keçirmişdi. Bu turun startına qədər birinci pillədə olan Vaqif Sadıqovun komandası yenidən zirvəni ələ keçirə bilərdi. Yuri Syominin komandasına gəlincə, bölgə təmsilçisi ardıcıl 2 zəfərdən sonra 2 dəfə məğlub olsa da, ötən tur "Xəzər Lənkəran"ı yenməklə iddiasını ortaya qoymağı bacarmışdı. Oyuna gəlincə, matça fəal başlayan AZAL 3-cü dəqiqədə Con Olureminin qolu ilə hesabda önə keçib. Lakin "təyyarəçilər"in üstünlüyü 5 dəqiqə davam edib və Viktor Mendi bərabərliyi təmin edib. 29-cu dəqiqədə isə Daniel Subotiç matçın nəticəsini müəyyənləşdirən qola imza atıb - 2:1. 50-ci dəqiqədə Amit Quluzadə qırmızı vərəqə alsa da, AZAL say üstünlüyündən yararlana bilməyib.

Qeyd edək ki, ilk 3 oyun günündə 2 matç baş tutub. "Neftçi" "İnter"i 3:1, "Xəzər Lənkəran" "Bakı"nı 2:1 hesabı ilə üstələyib, "Rəvan" - "Qarabağ" matçında qalib müəyyənləşməyib.
Premyer Liqa
2013/14 mövsümü
VI tur

15 sentyabr
Simurq - Sumqayıt 3:1
Qollar: Stepan Polyak, 22; 41. Draqan Çeran, 37 - Elşən Abdullayev, 90+2.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, (22. Salif Ballo, dəq.76) 15. Stepan Polyak, (6. Taqim Novruzov, dəq.66) 18. Tural Axundov, 28. Nenad Kiso, 30. Raul Kostin, 77. Nicat Qurbanov (16. Məhərrəm Hüseynov, dəq.73).
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 6. Taqim Novruzov, 7. Ruslan Poladov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 19. Orxan Səfiyaroğlu, 22. Salif Ballo.
Baş məşqçi: Georgi Çixradze.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, (5. Kərim Diniyev, dəq.80) 3. Vurğun Hüseynov, (17. Adil İbrahimov, dəq.46) 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu, 10. Ruslan Qurbanov, (91. Vüqar Əsgərov, dəq.46) 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov.
Hakimlər: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Səfər Haşımov.
Sarı vərəqələr: İlkin Qırtımov, 69 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); Salif Ballo, 82 (sistematik qayda pozuntusu) - Samir Abasov, 52 (rəqibi tutduğuna görə); Slavik Alxasov, 64 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) 
Qəbələ şəhər stadionu. Saat 17.00. 150 tamaşaçı.

AZAL - Qəbələ 1:2
Qollar: Con Oluremi, 3 - Viktor Mendi, 8. Daniel Subotiç.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Aylton, (23. Tural Nərimanov, dəq.57) 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 18. Samuel Barlay, (30. Yuri Fomenko, dəq.32) 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə, (7. Cavid Tağıyev, dəq.68) 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 7. Cavid Tağıyev, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev, 30. Yuri Fomenko, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Vaqif Sadıqov.
Qəbələ: 25. Dieqo Kosta, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, (7. Tərzin Cahangirov, dəq.57) 9. Viktor Mendi, (19. Abdulvahid Afolabi, dəq.72) 10. Dodo, 14. Lorenzo Ebesilio, (84. Dejan Kelhar, dəq.90+4) 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 27. David Pietrzkeviç, 7. Tərzin Cahangirov, 11. Yannik Kamanan, 19. Abdulvahid Afolabi, 42. Leonardo da Silva, 84. Deyan Kelhar, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.
Qırmızı vərəqə: Amit Quluzadə, 50.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Sarı vərəqələr: Samuel Barlay, 19 (qeyri-idman hərəkəti); Oskars Klava, 46 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 55 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 80 (qeyri-idman hərəkəti); Vladimir Boqdanoviç, 90+3 (qeyri-idman hərəkəti) - Amit Quluzadə, 22 (qeyri-idman hərəkəti); 50 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 89 (sistematik qayda pozuntusu); Lorenzo Ebesilio, 90+4 (qeyri-idman hərəkəti) 
"AZAL Arena". Saat 18.00. 1500 tamaşaçı.

1

Qarabağ

6

4

1

1

11-4

13

2

Neftçi

6

4

1

1

10-5

13

3

Qəbələ

6

4

0

2

10-7

12

4

AZAL

6

4

0

2

7-7

12

5

Simurq

6

3

1

2

7-6

10

6

Bakı

6

3

0

3

13-5

9

7

Xəzər L        

6

1

3

2

3-6

6

8

Rəvan          

6

1

1

4

3-15

4

9

Sumqayıt

6

1

1

4

5-12

4

10

İnter  

6

1

0

5

11-13

3


Bombardirlər: Mindauqas Kalonas (Bakı) -  4. Cavid Hüseynov (Bakı), Vaqif Cavadov (İnter), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İbekoyi (AZAL), Baçana Tsxadadze (İnter) - 3.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X