Arda Turan Xorvatiya ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, kapitan 0:1 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib:
"Öz adımdan xalqımdan üzr istəyirəm. İlk matç idi, bitdi. Dik durub, sona qədər davam edəcəyik. Hər şeyi dəyişdirə bilərik. İspaniya ilə matçda xal və ya xallar almağa çalışacağıq. Qrupdan çıxmaq üçün hələ şansımız var".
Fanat.az