AFFA legionerlər üçün tələb olunan rüsumu azaldıb. Fanat.az xəbər verir ki, bu barədə qurumun prezidenti Rövnəq Abdullayev açıqlama verib.
İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirən AFFA başçısı rüsumun yarıya endirildiyini bildirib: "Qərar alındı ki, legioner rüsumu 5 min manata salınsın. Milli üzvləri olan legionerlər üçün isə çempionatda iştirak pulsuz olacaq. Bunu ona görə etdik ki, klublar daha səviyyəli legionerlər gətirsinlər. Eyni zamanda qərara alındı ki, PFL tərəfindən tətbiq olunan cərimələr 20 faiz azaldılsın".
Fanat.az