"Qəbələ”dən ayrılan Dodonun yeni klubu bəlli olub. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, "Qəbələ"dən ayrılan kapitan Braziliyanın B seriyasında mübarizə aparan "Joinvill" klubu ilə razılığa gəlib. 28 yaşlı futbolçu ilə ilə 6 aylıq müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Dodo 2011-ci ildən "Qəbələ"də çıxış edirdi.
Fanat.az