2016/17 mövsümünə hazırlığı davam etdirən "Neftçi” heyətini yeni futbolçularla gücləndirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" 4 futbolçu ilə heyətini gücləndirib. Komandaya yeni cəlb olunmuş futbolçularla bağlı ətraflı məlumatı təqdim edirik:
1. 3 - Makedoniya yığma komandasının müdafiəçisidi. Təcrübəli müdafiəçi ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və 4 qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb.
2. Edson Kastilyo - 22 yaşlı futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib.
3. Dario Melnyak - Xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın "Lokeren” klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib.
4. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib.
Qeyd edək ki, qapıçı mövqeyinə də transfer prosesi hazırda davam edir. Əlavə olaraq transferlərlə bağlı yekun məlumat ictimaiyyətə daha sonra təqdim ediləcək.
Onu da bildirək ki, "Neftçi" dünənki məlumatında Aqil Məmmədov, Erik Ramos, Anyete, Melyi və Nikolas Kanaleslə yollarını ayırdığını xəbər verib. Mirabdulla Abbasov "Sumqayıt"a icarəyə verilib. Məhəmməd Qurbanovun isə başqa kluba keçidi ilə bağlı danışıqlar gedir.
Fanat.az