Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Kəpəz" ilk təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə qarşılaşcaq.
Fanat.az xəbər verir ki, tərəflər arasında ilk matç Bakıda baş tutacaq.
Amma əvvəlcədən də müəyyənləşdirldiyi kimi, iyunun 30-da deyil. Belə ki, komandaların ilk oyunun vaxtı dəyişdirilib. "Dalğa Arena"da keçirilcək qarşılaşma iyunun 28-nə təyin olunub. Buna səbəb isə "Qəbələ”nin də iyunun 30-da Bakıda "Samtredia" ilə oynamasıdı.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq
Fanat.az