"Real Madrid" forması geyən Marcelo klubunun Neymarı "Barcelona"ya qapdırdığı üçün kədərləndiyini açıqladı.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, təxminən 2 ildir Avropa transfer gündəmini məşğul edən Neymar ötən həftəsonu "Barcelona" ilə razılaşdı və önümüzdəki 5 mövsüm boyunca "Barcelona" forması geyəcəyini açıqladı.
Marcelo Neymarın son dərəcə qabiliyyətli və çox özəl bir oyunçu olduğunu dilə gətirdi: ""Real Madrid"ə gəlməsini çox istəyərdim. Yenə də onun adına sevindim. Karyerasında böyük bir addım atdı".
İdman24.az