Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Samtredia" ilə qarşılaşacaq "Qəbələ"nin klub televiziyası oyunla əlaqədar videoanons hazırlayıb.
Fanat.az xəbər verir ki, həmin videoda “qırmızı-qaralar”ın ötən mövsüm Avropa Liqasındakı uğurlu çıxışı əks olunub.
Avrokubok oyunlarından görüntülərin yer aldığı videoda azarkeşlər “Smtredia” ilə keçiriləcək görüşdə komandanı dəstəkləmə dəvət edilib.
Qeyd edək ki, “Qəbələ” – “Samtredia” matçı iyunun 30-da 8-ci km qəsəbə stadionunda baş tutacaq.
Fanat.az