Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Samtredia" (Gürcüstan) oyununun biletləri satışa çıxarılıb. Fanat.az xəbər verir ki, biletləri bu gündən etibarən 8-ci km stadionu kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.
Qeyd edək ki, iyunun 30-da 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Samtredia" matçı saat 21:00-da başlayacaq.
Fanat.az