"Yığmamız İsrailə qarşı yaxşı oynadı. Qələbə qazana bilərdik. Amma futbolçularımız şanslardan yararlana bilmədilər". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
AFFA başçısı 1:1 hesablı heç-heçəyə görə meydana çıxan hər futbolçuya 60 min dollar mükafat verilməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Heç-heçəyə görə futbolçulara mükafat verməyimiz doğrudu. Ancaq mükafatın 60 min dollar olması yalandı. Futbolçularımız pula görə yox, vətənə, xaqlqa görə oynayır".
Xatırladaq ki, Fanat.az ilk olaraq hər futbolçunun 50 min dollar irəli düşəcəyini yazmışdı. AFFA başqanının 60 min dolları yalanlaması isə təbii haldı.
Fanat.az