"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün Gürcüstanın "Samtredia" klubu ilə keçirəcəyi oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Asif Məmmədovun xidmətindən məhrum olub.
Buna səbəb yarımmüdafiəçinin zədələnməsidi. Gürcüstandakı təlim-məşq toplanışı zamanı keçirilən yoxlama oyununda zədələnən futbolçu hələ sağalmayıb.
Fanat.az