Daha bir futbolçumuz karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, söhbət Uğur Pamukdan gedir.
"Sumqayıt”dan ayrılan yarımmüdafiəçi PTT 1-ci liqasında çıxış edən "Manisaspor"la anlaşıb. Tərəflər arasında iki illik sözləşmə imzalanıb.
Xatırladq ki, son mövsüm "kimyaçılar”ın heyətində 28 oyunda meydana çıxan 26 yaşlı oyunçu 3 qola imza atıb. O, milli komandamızın formasını da 2 matçda geyinməyə imkan tapıb.
Fanat.az