"Kəpəz"dən ayrılan Bəxtiyar Soltanovun yeni klubu bəlli olub. Fanat.az xəbər verir ki, təcrübəli futbolçu karyerasını birinci divizionda davam etdirməli olacaq.
O, "Qaradağ Lökbatan"la anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, millimizin sabiq üzvü vaxtı ilə "Qarabağ", "Bakı", "Araz Naxçıvan" və "Qəbələ" kimi komandalarda çıxış edib.
Fanat.az