AFFA İntizam Komitəsi "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzeni cəzalandırıb. Fanat.az xəbər verir ki, baş məşqçi "Neftçi" ilə oyunun oyununun 76-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 1000 manat cərimə olunub.
Bundan başqa gürcü mütəxəssis matç başa çatdıqdan sonra mətbuat konfransında ikinci dəfə iştirak etməyib. Bu səbəbdən "İnter" 2000 manat cərimələnib.
Qarşılaşmanın 83-cü dəqiqəsində "İnter"dən Abdulla Abatsiyevlə "Neftçi"dən Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimə olunub.
Fanat.az