16:32 11.07.2016 700

"22 yaşımda karyeramı başa vursam da..." - Məhərrəm Müslümzadə

Cəmi 22 yaşında karyerasını bitirmək məcburiyyətində qalmaq futbolçu üçün çox üzücü haldı. Bəziləri futbolla vidalaşdıqdan sonra başqa istiqamətə yönəlir. Bəziləri də həyat tərzinə çevirdikləri bu idman növündən ayrıla bilmir. 


Müsahibimiz Məhərrəm Müslümzadə də 22 yarşında zədə səbəbindən karyerasını başa vurmalı olub. Lakin o, sevimli məşğuliyyətindən - futboldan ayrı qala bilməyib. Gənc olmasına baxmayaraq artıq C kateqoriyalı məşqçi kursundan uğurla keçərək məşqçilik fəaliyyətinə başlayıb. Söhbətimizə ilk olaraq futbola gəlişi ilə başladıq.

 

- 10 yaşımda “Turan”ın futbol məktəbinə yazılmışam. Bütün yaş qruplarında oynamışam. 16 yaşımda isə “Turan”ın əsas heyətinə dəvət almağa başladım. Əvvəlcə bəzi oyunlarda 18-liyə düşürdüm. Daha sonra əsas komandada debüt etdim. 2 il “Turan”ın əsas heyətində çıxış etmişəm. Daha sonra “Rəvan”a dəvət aldım. Bu komandada 1 il oynadım. Sonra “Kəpəz”ə keçdim. Burdada əsas heyətdə çıxış edirdim. Lakin zədə bütün planlarımı alt-üst etdi. Əməliyyat olunduqdan sonra futbol oynamağım mümkün olmadı. Düzdü bir ara “Turan Tovuz”un heyətinə qoşuldum. Ümid edirdim ki, zədəmi sağalda bilərəm. Lakin 4-5 oyundan sonra hiss etdim ki, bu mümkün olmayacaq. Məcburən erkən yaşda karyeramı başa vurdum. 


- Məşqçiliyə gəlişin necə oldu?

- Futboldan getdikdən sonra bir müddət özümə gələ bilmədim. Futbolu çox sevdiyimdən, özümü futbolsuz təsəvvür edə bilmirdim. Ona görə də məşqçi olmağa qərar verdim. İlk təklif də “Vətən” komandasından gəldi. Sağ olsun məktəbin rəhbəri Mustafa Həsənov məni yanına çağırıb komandada çalışa biləcəyimi söylədi. Məmnuniyyətlə qəbul etdim. İlk olaraq seleksiyaçı-məşqçi kimi fəaliyyətə başladım. Daha sonra U-11 komandasına baş məşqçi təyin olundum.  Ötən il, komanda  Bakı birinciliyində 2-ci yerə çıxdı. Artıq növbəti mövsümə demək olar ki, yeni komanda qururuq. Komandaya yeni uşaqlar cəlb olunub.  Ümid edirəm ki, bu işdə özümü sübut edə biləcəm. 


- Məşqçi kurslarında iştirak etmisənmi? 

- Əlbəttə. AFFA-nın təşkil etdiyi C kateqoriyalı məşqçilər kursunu başa vuraraq kateqoriya almışam.  Daha sonra “B” üçün sənədlərimi təqdim edib hazırlaşacam. Hər gün nə isə öyrənməyə çalışıram. İndi  yeni bilgiləri, yenilikləri əldə etmək elə də çətin deyil. Bir çox mşəqçilərlə çalışmışam. Onlardan çox şey öyrənmişəm.  Bildiklərimi yetirmələrimə aşılamaq üçün səylə çalışıram. 


-  “Vətən” Futbol Məktəbindəki şərait haqda danışardın...

- İlk öncə rəhbərimiz Mustafa Həsənova öz təşəkkürümü bildirmək istəyirəm. O, ölkə futbolunu düşünən insanlardandır. Bizim üçün hər cür şərait yaradılıb. İstər  maddi cəhətdən, istərsə də şərait baxımından hər şey yüksək səviyyədə təşkil olunur. Bütün yaş qrupları üzrə komandalarımız ölkə birinciliyində çıxış edir. 2 müasir stadionumuz, bazamız var. İldə 2-3 dəfə komandalarımız ölkədaxili yarışlarla yanaşı, xarici ölkələrdə turnirlərdə iştirak edirlər. Rəhbərlik uşaqların inkişafı üçün əlindən gələn dəstəyi və qayğını əsirgəmir. 


- Bu günlərdə Tovuzda keçirilən “Yay kubokun”da iştirak etdiniz. Yarışla bağlı nə demək istərdin? 

- “Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bunun üçün “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevə, UFM rəhbəri Rasim Əliyevə “Vətən” Futbol Məktəbi adından təşəkkürümü bildirirəm. Bizim üçün çox böyük təcrübə oldu. Belə yarışlarda nəticə önəmli deyil. Uşaqların gələcək inkişafında müsbət təsir göstərəcək bir yarış idi. Ümid edirəm ki, turnir ənənə halını alacaq. Bütün qarşılaşamalar çox maraqlı keçdi. Uşaqları sınaqdan keçirdik, nəyə qadir olduqlarını öyrəndik. Yoxlama görüşlərindən fərqli olaraq turnir ab-havası başqa olur. Eyni  zamanda ölkə çempionatına hazırlıq üçün də əla sınaq oldu”.


- Gələcək planların, məqsədin nədir?

- İlk öncə öz üzərimdə çalışmalı, biliyimi təcrübəmi artırmalıyam. Qeyd etdiyim kimi, bunun üçün hər gün çalışıram. Gələcəkdə Premyer Liqada çalışmaq istəyirəm. Doğma komndam “Turan”la bunu bacarmaq mənim üçün ən böyük arzumdur. “Turan”ın elitada olmaması məni çox məyus edir. Bu komandanın, bu şəhərin yeri Premyer Liqadır. Potensial çox güclüdür. Yay kubokunda iştirak zamanı Tovuzda nə qədər istedadlı uşaqların olduğunu gördum.   Azərbaycan futbolunun beşiyi Tovuz mütləq layiq olduğu yerə yüksələcək. Mən buna əminəm.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

Facebookdan bizi izləməyi unutmayın.
X