Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” - “Şkendiya” (Makedoniya) görüşünü tanış hakim idarə edəcək. Fanat.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Sergey Sinkeviç iki həftə öncə də elə eyni məkana çıxıb.
O, iyunun 30-da 8-ci km stadionunda “Qəbələ”nin “Samtredia” (Gürcüstan) üzərindəki darmadağını (5:1) zamanı dördüncü hakim olub.
Ümumiyyətlə, Sinkeviç əvvəllər də Bakıya gəlib. O, “Qarabağ”ın 2014/15 mövsümündəki 2 görüşündə də iş başında olub. Çempionlar Liqasında “Valletta” ilə Respublika stadionundakı görüşdə baş hakim olan belaruslu ağdamlıların 4:0 hesablı qələbəsinə şahidlik edib. Sinkeviç qonaqlara iki qırmızı vərəqə də göstərib.
“Qarabağ”ın qrupda “İnter”lə İtaliyadakı matçına da təyinat alan referi həmin görüşdə əlavə köməkçi hakim kimi qapı arxasında durub və milanlıların qələbəsini görüb – 2:0.
Bu il 40 yaşını qeyd edəcək referi 2010-cu ildən FİFA hakimidi. O, UEFA-nın 3-cü kateqoriyasına malikdi.
Fanat.az