17:35 11.07.2016 754

"Turan Tovuz" kubok qazandı - FOTOLAR

Bu gün “Turan Tovuz” İB-nin təşkilatçılığı ilə 11 yaşlı futbolçular arasında keçirilən “Yay kuboku”na yekun vurulub. Fanat.az xəbər verir ki, həlledici oyunda “Turan Tovuz” “Vətən”lə qarşılaşıb.

Oyunda 3:0 hesabı ilə qələbə qazanan birincilər kuboka və qızıl medallara sahib çıxıblar. Qarşılaşmadan sonra təltifolunma mərasimi baş tutub. Futbolçulara medalları və kuboku Azərbaycan futbolunun tanınmış simaları Nizami Sadıqov, Ruslan Abbasov, Eltay Aslanov, Elxan Abdıyev, “Turan Tovuz” UFM-in rəhbəri Rasim Əliyev və valideynlər təqdim ediblər.

Təltifolunma mərasimindən sonra təşkilatçılar, iştirakçılar və valideynlərlə yarış haqda danışdıq.

Rasim Əliyev, “Turan Tovuz” UFM-in rəhbəri: “Gözlədiyimizdən də artıq maraqlı bir yarış alındı. İlk dəfə baş tutduğundan komanda sayı az olsa da gələcəkdə bu turniri ənənəvi keçirməyi və komandaların sayının artırılmasını planlaşdırırıq. Bütün oyunlar maraqlı keçdi. Hətta valideynlərin də ehtiyat oyunçular skamyasındə əyləşməyə icazə vermişdik ki, onlar da bu həyacana şərik olsunlar. Uşaqların sevincini gördünüz. Burada nəticə elə də önəmli deyil. Uşaqlar həm yarış həyəcanı yaşadılar həm də yay tətillərini səmərəli keçirdilər. 80 yaxın uşaq bu turnirdə iştirak etdi. Əsas məqsədlərimizdən biri komandaya yeni qoşulan və futbolda ilk addımlarını atan uşaqlara yarış həyəcanını aşılamaq idi ki, buna nail olduq”.

Nizami Sadıqov, “Turan”ın və milli komandamızın keçmiş üzvü: “Belə yarışların keçirilməsi alqışlanacaq haldır. Futbolun kütləviləşməsində, yeni istedadların üzə çıxmasında böyük əhəmiyyət kəsb edir. Təşkilatçılara halal olsun. Hər şey yüksək səviyyədə idi. Belə turnirlərin tez-tez keçirilməsi futbolumuzun inkişafına böyük təkandır. Gələcəyin ulduzları lə belə turnirlərdən çıxır”.

Etimad Qurbanov, “Turan Tovuz” U-11-in baş məşqçisi: “İlk öncə təşkilatçılara öz təşəkkürümü bildirmək istəyirəm. Belə yarışlar uşaqların inkişafında çox böyük önəm kəsb edir. Onlar tək futbol baxımından yox həm də xeyli dost tapdılar, qaynayıb qarışdılar. Bu çox vacib məsələdir. Eyni zamanda futbolçu kimi yetişmələrində də belə yarışların böyük əhəmiyyəti var. Həm yeniliklər öyrənirlər, yarış həyəcanı yaşayırlar bir sözlə təcrübələrini artırırlar. Elə biz məşqçilər üçün də bir sınaq, təcrübə yeridir. Bir daha “Turan Tovuz”un rəhbərliyinə yaratdıqları şəraitə öz minnətdarlığımızı bildirirk”.

Məhərrəm Müslümzadə, “Vətən” U-11-in baş məşqçisi: “Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bunun üçün “Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyevə, UFM rəhbəri Rasim Əliyevə “Vətən” Futbol Məktəbi adından təşəkkürümü bildirirəm. Bizim üçün çox böyük təcrübə oldu. Belə yarışlarda nəticə önəmli deyil. Uşaqların gələcək inkişafında müsbət təsir göstərəcək bir yarış idi. Ümid edirəm ki, turnir ənənə halını alacaq. Bütün qarşılaşamalar çox maraqlı keçdi. Uşaqları sınaqdan keçirdik, nəyə qadir olduqlarını öyrəndik. Yoxlama görüşlərindən fərqli olaraq turnir ab-havası başqa olur. Eyni zamanda ölkə çempionatına hazırlıq üçün də əla sınaq oldu”.

Sənan Mirzəyev, valideyn: “İlk öncə bu gözəl yarışın təşkilatçılarına, həm “Turan Tovuz” həm də “Vətən” komandalarının rəhbərliyinə öz təşəkkürümüzü bildirirk. Həm də tovuzlulara göstərdikləri qonaqpərvəliyə görə minnətdarlığımızı bildirirk. Biz valideynlər üçün, eyni zamanda futbolçular üçün çox yaxşı yarış oldu. Belə yarışlarda uşaqlar potensiallarını artırır, futbolçu kimi inkişaf edilər. Sevincimizin həddi-hüdudu yoxdur. Mənim oğlum “Vətən” komandasında oynayır. Bakıdan buraya gəlməkdə heç də peşman olmadım. Yay tətilini belə gözəl turnirdə, belə gözəl təbiətə malik Tovuzda keçirmələri isə iki qat sevindiricidir. İnşallah belə yarışlar tez-tez olar”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
14:09

"Real Madrid" Alonsonun baş məşqçi postuna təyinatını açıqladı

13:51

"Milan"ın 75 milyonluq ulduzu İngiltərə nəhəngi ilə danışıqlara başladı

13:04

Erik ten Haq sabah yeni klubu ilə müqavilə bağlayacaq

12:39

Azərbaycanın veteran cüdoçularından AÇ-də daha 2 medal

12:16

Messi Ronaldinyonu geridə qoydu

11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:20

DÇ: Minifutbol üzrə Azərbaycan millisi növbəti matçına çıxacaq

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

Facebookdan bizi izləməyi unutmayın.
X