Premyer Liqada yeni mövsümə hazırlaşan “Zirə” Yovan Krneta ilə yeni müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, serbiyalı müdafiəçi daha 2 il “qartallar”ın sırasında olacaq.
Krneta klubun rəsmi saytına açıqlamasında Bakıya qayıtmaqdan məmnunluğunu dilə gətirib: "Sevinirəm ki, növbəti mövsümdə də “Zirə”də oynayacam və bu kollektivlə birgə çalışacağam. Ötən mövsüm gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də yaxşı çıxış edib beynəlxalq arenada çıxış etmək hüququ qazanacağıq. Komandada bəzi dəyişikliklər olub, ancaq bizim birgə hazırlaşmaq və uyğunlaşmaq üçün vaxtımız var. Yeni oyunçularımızın bacarıqlı olmaları məşqlərdən də hiss olunur".
"Zirə" bir neçə gün öncə yoxlama matçında “Sumqayıt”la heç-heçə edib - 0:0. Krneta bildirib ki, komandası qol vura bilməsə də, istəkli olub və hər bir futbolçu əlindən gələni etməyə çalışıb: "Bundan sonra da yoxlama oyunlarımız olacaq. Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik”.
Fanat.az