Yeni mövsümdən etibarən I divizionda "Səbail" komandası da iştirak edəcək. Fanat.az xəbər verir ki, sabah Bakı təmsilçisinin Müşahidə Şurasının mətbuat konfransı keçiriləcək.
Artıq şuraya sədrlik edəcək şəxsin də kimliyi bizə məlum olub. Əldə etdiyimiz məlumata görə, bu, Təbriz Həsənovdu. Nə qədər təəccüblü olsa da, AFFA son olaraq U-17 millimizi çalışdırmış məşqçini şuraya sədr seçib. Bu da bir daha sübut edir ki, komanda assosiasiya tərəfindən idarə olunacaq.
Qeyd edək ki, komandanın baş məşqçiliyi isə Elman Soltanova tapşırılıb.(sport7.az)
Fanat.az