18:05 18.07.2016 823

Off bə! Ürəyimi boşaltdım!

Aqil Abbas


«Simurq» getdi fələyin badına, ölkəmizin ən qədim və ən gözəl futbol məktəblərindən biri olan Tovuzun «Turan»ı day yoxdu. Vaxtı ilə SSRİ çempionatının II divizonunda oynayan Mingəçevirin «Toxucu» komandası indi heç toxuculuqla da məşğul olmur! «Şəmkir» qırx arşın quyunun, Masallının «Viləş»i iyirmi arşın quyunun dibində. İmişlinin «MTK»-sı da sonradan elə MTK işləri ilə məşğul olmağa başladı. «Neftçala» maliyyə baxımından qaldı çöldə.


Vaxtı ilə «Avtomobilçi», «Yunçu» adı ilə futbolumuza imza atmış Yevlax! Güclü bir komanda yaratmışdı: «Karvan». Səhv etmirəmsə, 2006-cı ildə gümüş medal qazanmışdılar. Həmin il Avroliqada moldovanları sıradışı eləyib mərhələ adlamışdılar. Hanı indi? «Karvan» da qoşuldu yuxarıda adlarını sadaladıqlarımın karvanına!


Qubanın uşaq futbolu («Dəri top» yarışları da Qubada keçirilərdi) SSRİ-də meydan oxuyardı. İndi o uşaqların meydan suladığı meydanlarda villalar tikilib, sağlıqlarına qismət!


«Xəzər-Lənkəran»! Cənub bölgəsinin çırpınan ürəyi. Bəşir Səfəroğlu demiş, day çırpınmır!


Əhməd Ələsgərovun «Araz»ı. 500 minə yaxın əhalisi olan Naxçıvanı futbolsuz qoydular.


Yeri gəlmişkən. Ermənilər 40 minlik Xankəndinin «Karabağ-Stepanakert» komandasını Avroliqaya çıxarmaq üçün UEFA-ya milyonlarla rüşvət vermişdilər. AFFA, daha dəqiq desək, Fuad Musayev Azərbaycan iqtidarının köməyi ilə qarşısını aldı.


Hələ yazmaq olar, amma bəsdi, həm özüm yoruldum, həm də sizi yordum.


Belə bir durumda Azərbaycan futbolunu necə inkişaf etdirmək olar?! Azərbaycan təkcə Bakıdan ibarət deyil axı! Buyurun, fikirlərinizi yazın, inkişaf yollarını göstərin – «Ədalət»in səhifələri üzünüzə açıqdır.


Gələk mətləbə. Ölkə çempionatında cəmi iki bölgəmiz təmsil olunur. sevindirici haldır ki, hər ikisi Azərbaycanı Avroliqada təmsil edir. Və hər ikisi də bir mərhələni adlayıb, inanıram ki, ikinci mərhələni də adlayacaqlar. Qurban da demişəm, birini İmamzadədə, birini də Qəbələdə kəsdirəcəm!


Çox təəssüf ki, hər iki komanda Avroliqanın ev oyunlarını Bakıda oynayır. Niyə, qardaşım?! Yel əsib bütün qozlar Bakıya tökülüb?

Niyə avropalı futbolçular, onların azarkeşləri, onlarla gələn jurnalistlər gedib qədim, həm də bu gün heç də Avropa şəhərlərindən geri qalmayan, Avropa Gənclər Paytaxtı və ən başlıcası, müqəddəs Nizami yurdunu görməsinlər?! Nizami məqbərəsini ziyarət etməsinlər?! «Kəpəz» sevənlər də həm Bakıdan, həm də ətraf rayonlardan Gəncəyə axışıb bir futbol bayramı, futbol sevinci yaşamasınlar?!


Qəbələ! Kiçik bir zaman kəsiyində, təxminən 15-20 ilin içində kiçik bir qəsəbə Avropanın kurort şəhərləri ilə döşləşən bir kurort şəhərinə çevrilib, özü də həm yayı, həm qışı. Qəbələ bölgəsi də İsveçrədən geri qalmır. Burda Avropa miqyasllı mühüm tədbirlər keçirilir, hətta ölkə prezidentləri görüşlərini Qəbələyə salır.


Qəbələlilərin xətrinə dəyməsin, əvvəllər burda futbol olmayıb. Amma son 15-20 ildə həm qəbələsevərlər, həm də qəbələlilər sıfırdan futbol yaratdılar, vaxtı ilə futbolu ilə öyünən bölgələri də arxada qoydular. İndi «Qəbələ» həm ölkə çempionatında, həm də Avroliqada dör-dör döyüşür.


Burda elə bir futbol məktəbi yaradıblar ki, hətta Bakı komandaları da həsəd aparır. Bilirəm, kimlərsə bunu maddiyyata bağlayacaqlar.

Mən dəfələrlə mətbuatda, televiziya kanallarında demişəm və yenə təkrar edirəm: «Ağdamı işğaldan azad etdikdən sonra şəhəri əvvəlkindən də gözəl tikəcəyik . Çünki hər daşının altına sevgimizi, sevincimizi, məhəbbətimizi qoyub ucaldacayıq şəhəri. Bu sevgimizlə, məhəbbətimizlə birgə göyərəcək Ağdam! Olsun Şuşa, olsun Kəlbəcər, Laçın, Füzuli…»


Ağdamın işğalından sonra «Qarabağ» çöldə qalmışdı. Komanda nəinki oyunlara getməyə, bəzən yeməyə də çörəkpulu tapmırdı. Özləri evsiz-eşiksiz, işsiz, çörəkpulusuz qalmış ağdamlılar amma komandalarını yalnız buraxmadılar. Ayda heç olmasa yüzcə dollar maaş ala bilməyən futbolçular Ağdam adının şərəfinə oynayırdılar. Bu ac-susuz komanda həmin vaxtlar Azərbaycan çempionu da oldular, ölkə kubokunu da aldılar, Avroliqalarda da Azərbaycanı ləyaqətlə təmsil elədilər. Yəni onu demək istəyirəm ki, hər şey maddiyyatla ölçülmür. Elə şeylər var ki, maddiyyatdan çox yüksəkdir. Qəbələdə də dəfələrlə o sevgi, o sevinci görmüşəm. Avropa standartlarına uyğun gözəl də stadionu var. Düzdür, tutumca bir qədər kiçikdir, ürək ki böyükdür.


Niyə «Qəbələ» də ev oyunlarını öz doğma şəhərində, öz doğma stadionunda, öz doğma azarkeşlərinin alqışları altında keçirməsin?! Bakıdan da, ətraf rayonlardan da gəlib Qəbələdə bayram eləsinlər.


Niyə qəbələlilər, eləcə də gəncəlilər komandalarına arxa durmaq üçün durub Bakıya gəlməlidir? Bunun qocası var, uşağı var, həm də buna hamının imkanı da yoxdu axı!


Bir də ki Bakı ürəyimiz, paytaxtımız olsa da, hər kəsin öz doğma torpağı var və doğma torpaq daha güclü olur.


AFFA bu barədə fikirləşsə yaxşı olar! Bu təkcə mənim arzum, istəyim deyil, gəncəlilərin, qəbələlilərin, eləcə də bütün futbolsevərlərin arzu, istəyidir!


Off bə! Ürəyimi bir balaca boşaltdım!


"Ədalət" qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X