00:01 22.07.2016 475

Roman Qriqorçuku sevindirən məqam

"Bu gün komanda yaxşı oyun göstərdi, növbəti mərhələyə adladı. Çox şadam”. Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. 


Oyundan sonra mətbuat konfransı keçirən Qriqorçuk qələbəni şərh edib: "Bu gün komanda istədiyim kimi çıxış etdi. Düzdü, ideal oyun sərgiləmədik. Ümumiyyətlə, bu, həyatımızda nadir hallarda baş verir. Səhvlərimizi düzəltməliyik, amma onlar çox olmadı. Ümumilikdə, razı qaldım”.

 

- Macarıstandakı qələbədən sonra növbəti rəqibiniz "Lill”in oyunlarını təhlil etməyə başlamışdızmı?

- Xeyr, onların oyunlarına baxmamışam. Mən heç vaxt yalan danışmıram. "Lill”in oyunlarına bu gecədən etibarən baxacağam.

 

- MKT-nin baş məşqçisi özlərini Avropanın ən yaxşı komandalarından biri adlandırdı. Siz də rəqib barədə bu fikirdəsiz?

- Mən həmkarımla tamamilə razıyam. MTK çox ciddi komandadı, Avropa səviyyəsindədi. Şadam ki, bu komandaya qalib gəlmək bizə müəssər oldu.

 

- "Qəbələ” tarixində ilk dəfə Avrokubokda bir rəqibini hər iki oyunda məğlub etdi. Bu, rəqibi yaxşı təhlil etməyinizdən irəli gəlir?

- Yenə deyirəm, MTK yaxşı komandadı. Mən onlara qalib gəldiyimizdən məmnunam. Qələbə qazanmağımız onlardan yaxşı oyun göstərməyimiz, daha yaxşı hazırlaşmağımızla bağlıdı.

 

- Matçın sonlarında rəqib futbolçular kobud oynamağa başlamışdılar. Qorxmurduz ki, MTK-nın üzvləri oyunçularınızı zədələyə bilərdilər?

 - Mən heç vaxt belə şeydən qorxmuram. Qorxmaq, çəkinmək lazım deyil, düzgün yaşamaq lazımdı. Mən çox əvəzetmə etməyi xoşlamıram. İstəyirəm ki, əsas heyəti daha da yuxarı qaldıraq. Amma bu, o demək deyil ki, digər oyunçulara güvənmirəm. Sadəcə, komanda yaxşı oyun sərgiləyirsə, artıq əvəzetmə reallaşdırmağın nə mənası var?

 

- Azərbaycan çempionatında legioner limiti olduğundan, bu heyətlə çıxış etmək mümkün olmayacaq. Bu amil indidən sizi narahat edirmi?

- Bu sarıdan məni heç nə narahat edə bilməz. Hər futbolçunun məşq etmək, oynamaq şansı var. Kim hazır olacaqsa, o da çempionat görüşündə meydana çıxacaq. Təbii ki, reqlament də nəzərə alınacaq, ona əməl edəcəyik. Yenə də ən yaxşı futbolçular əsas heyətdə yer alacaq.

 

- Ötən il bu vaxt Bakıya "Apollon” gəlmişdi, indi isə "Lill” təşrif buyuracaq. Həyəcan hissləri eynidimi?

- "Lill” böyük komandadı, onun bura gəlməsi bizə yalnız sevindirə bilər. Mən çox razıyam. Şadam ki, həyatımda belə rəqiblərlə qarşılaşmaq imkanım olur. Mən zəif rəqiblərlə üz-üzə gəlməyi xoşlamıram. Allah bizə kömək etdi, yenidən belə imkan qazandıq. "Lill” kimi komandaya qalib gəlmək bizim üçün böyük uğur olar.

 

- Ötən il daha çox Rafael Santosu meydanda görürdük. İndi isə Vitai Verniduba əsas heyətdə şans verirsiz. Bu nə ilə bağlıdı?

- Bizim yanaşmamız dəyişməyib. Meydana həmin gün daha hazırlıqlı olan oyunçu çıxır. Düşünmürəm ki, mən bu yanaşmamı dəyişəm.

 

- Keçən il Aleksey Antonov çox tənqid olunsa da, hər dəfə onun tərəfini saxlayırdız. Bəlkə indi bunun səbəbini açıqlayasınız?

- Antonov, mən və klub düzgün qərarlar verdik. Onunla yüksək nəticələr əldə etmişəm. Antonova hörmətim, sevgim böyükdü. Onu mükəmməl futbolçu sayıram və bir yerdə işlədiyimiz üçün "sağ ol” deyirəm.

 

- Teo Uiks komandadan ayrılan Dodonun yoxluğunu unutdurubmu?

- Niyə Dodo ilə Uiksi müqayisə edirik? Onlar müxtəlif mövqelərdə çıxış edirlər. Belə olan halda, müqayisə etməyin nə mənası var? Mən oyunçuları ayırmaq istəmirəm. Hər iki futbolçu yaxşı oyunlar göstərib, yaxşı nəticələr əldə edib. Biz heç kimi siyahıdan silə bilmərik. Müqayisə aparmaq mənasızdı. Dodonu sevirəm. Ona və ailəsinə uğurlar arzulayıram. İstəyərəm ki, Dodo 50 yaşına kimi futbol oynasın.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X