UEFA-nın prezidenti Mişel Platini sentyabrın 21-də ölkəmizə səfərə gələcək. Fanat.az xəbər verir ki, səfər çərçivəsində Avropa futbol qurumunun rəhbəri AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində və bir sıra görüşlərdə iştirak edəcək.
Qeyd edək ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.
Məlumat üçün bildiririk ki, Xorvatiyanın Dubrovnik şəhərində sentyabrın 20-də keçiriləcək UEFA-nın İcraiyyə Komitəsinin iclasında AVRO-2020-nin oyunlarını qəbul edəcək namizəd şəhərlərin siyahısı təsdiqlənəcək. Qeyd edək ki, AFFA tərəfindən bu məqsəd üçün Bakı şəhərinin namizədliyi də irəli sürülüb.