14:37 27.07.2016 571

"Məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdı" - MÜSAHİBƏ

I Divizionda çıxış edəcək komandalar artıq yeni mövsümün hazırlıqlarına start verirlər. Belə komandalardan biri də “Turan Tovuz”du.


Əsgər Abdullayevin rəhbərliyi altında Tovuzda hazırlıq keçən Qərb təmsilçisinin icraçı direktoru Nadir Nəbiyevlə son durum haqda danışdıq. Milli komandamızın keçmiş üzvünün klub idarəçiliyindəki fəaliyyətinin 1 ili tamam oldu. Söhbətimizdə bu mövzuya da toxunduq. 


Nadir Nəbiyev ilk olaraq yeni mövsümə hazırlığı dəyərləndirdi.


- Bir həftəyə yaxındı ki, əsas komandamız baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında yeni mövsümün hazırlıqlarına başlayıb. İlk olaraq seleksiya xarakterli məşqlər həyata keçirildi. Komandaya yeni futbolçuların cəlb olunması üçün işlər gördük. Bəzi futbolçuları baxışdan keçirmək imkanımız oldu. Lakin hələ yekun heyət haqda fikir bildirmək tezdi. Bunun üçün zaman lazımdı. Komandanı formalaşdırmaq sırf baş məşqçinin işidi. 


- Komandanın qarşısına hansı məqsəd qoyulub?

- Ötən mövsüm qarşımıza qoyulan əsas məqsəd zəifləməkdə olan uşaq futbolunu dirçəltmək və döyuşkən əsas komanda formalaşdırmaq idi ki, fikrimcə bunun öhdəsindən gələ bildik. Bu mövsüm isə komandanın qarşısına yüksək yerlərdən birini tutub Premyer Liqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Çətin olacağını bilirik. Biz də var gücümüzlə çalışıb məqsədimizə nail olmaq üçün əlimizdən gələni edəcəyik. 


- Bildiyimiz kimi yeni mövsümdən etibarən I diviziondakı yaş limiti Premyer Liqadakı kimi olacaq. Bu sizə necə təsir edəcək?

-  Bunu zaman götərəcək. Digər tərəfdən də 22 yaşı tamam olmuş futbolçular özlərinə komanda tapmaqda çətinlik çəkirdilər. İndi isə onların oynamaq şansları daha çox olacaq. Bu dəyişikliyi müsbət dəyərləndirmək olar. 


- Klub idarəçisi kimi fəaliyyətinizin 1 ili tamam oldu. Bu 1 illik müddətdəki işiniz haqda nə deyərdiniz? 

- Biz ötən il kluba gələndə uşaq futbolu demək olar ki, yox səviyyəsində idi. Perspektivli gənclərin hamısı başqa komandalara keçmişdilər. Onları geri qaytarmaq üçün klublarla danışıqlar aparsaq da, geri qaytarmaq mümkün olmadı. Uşaq komandasında sifariş üçün minimum hədd 15 nəfərdi, təsəvvür edin biz sifariş etmək üçün 15 nəfər tapa bilmirdik. Məcbur olub seleksiya işləri aparıb yeni uşaqlar cəlb etdik. Bunun nəticəsidi ki, başa çatan futbol ilində Tovuz futbolunun indiyədək əldə etmədiyi nailiyyəti qazandıq. Zona yarışlarında mübarizə aparan 5 komandamızın hamısı "pley-off" mərhələsinə vəsiqə qazandı. Onlardan 3-ü final mərhələsində yüksəldi. Bir komandamız ölkə çempionatının 1/4 final mərhələsinədək irəlilədi. Tovuz futbolu tarixində heç vaxt 5 komanda "pley-off" mərhələsinə yüksələ bilməmişdi. 


- Klub rəhbərliyi fəaliyyətiniz haqda nə düşünür?

- Həm Müşahidə Şurasının üzvləri, həm də sədrimiz Oqtay Abdullayev görülən işlərdən razıdılar. Oqtay müəllim uzun illərdi futbolun içində olan bir adamdı. O da klubumuzun inkişafı üçün əlindən gələni edir. Daim axtarışdadı və kluba maddi dayaqlar axtarır. 


-  Qeyd etdiniz ki, yeni başlayanda perspektivli gənclərdən heç kim qalmamışdı. Bunun səbəbi kim və ya nə idi?

- Bəli. Öz yaş qrupları üzrə milli komandaların üzvləri idi hamısı 14-15 yaşlarında peşəkar komandada oyunlara çıxmış uşaqlar, başqa komandaların aşağı yaş qruplarına keçmişdilər. Səbəbini mən də bilmirəm. Çünki keçmiş dövrdə burada olmadığımdan hansı proseslərin getdiyindən xəbərsizəm. Dediyim kimi, qarşımıza məqsəd qoyulub və onu həyata keçirmək üçün öz işimizə baxırıq. Biz tək Tovuz futboluna yox, ümumiyətlə Azərbaycan futboluna xidmət etmək üçün çalışırıq.  


- Bu günlərdə Tovuz futbolunun yetirməsi Budaq Nəsirov Portuqaliya nəhəngi “Sportinq”ə transfer olundu...

- Biz Budaq Nəsirovun yaxın gələcəkdə xaricə gedəcəyini bilirdik. Lakin “Sportinq”ə keçəcəyini təsəvvür etmirdik. Xəbəri eşindəndə stadionda olan hər kəs sevinc içində idi. Şəhərin mərkəzində də hamı bu haqda danışırdı. Tovuzda əsl bayram ab-havası var idi. Ona karyerasında uğurlar arzu edirəm. Ümid eridəm ki, “Sportinq”dəki uğurları ilə daim bizi sevindirəcək. Gənc olmasına baxmayaraq, çox yaxşı futbolçudu. 


-  Tovuz futbolu daim yetişdiriyi futbolçularla ad qazanıb. Keçmişdə də, elə indi də milli və digər klublarımızda yetərincə tovuzlu futbolçuya rast gəlmək olar...

- Tovuz futbolunun yetirmələri çıxış etdikləri klublarda daim seçiliblər. Hətta deyərdim ki, bu futbolçulardan çoxu Avropada oynamağa qadirdi. Gənc yaşlarından parlayan Evin Məmmədovun da Avropa klublarından birində çıxış edəcəyini gözləyirdik. Amma nədənsə bu alınmadı. Elə indi də Elvin öz oyunu ilə qısa müddət ərzində “Zirə”nin liderlərindən birinə çevrilməyi bacarıb. Bundan başqa Vurğun Hüseynov, Cavid Tağıyev, Rəhman Hacıyev, son zamanlardakı çıxışı ilə diqqət çəkən Amil Yunanov da Tovuz futbolunu layiqincə təmsil edirlər. Hazırda aşağı yaş qrupları üzrə komandalarımızda da kifayət qədər perspektivli və ümid bağladığığmız istedadlar var. 


- Klubun maddi vəziyyəti necədi? Kənardan dəstək varmı?

- Sponsorumuz olmadığından maddi çətinliklər yaşasaq da, bu işimizin keyfiyyətinə çox da təsiq göstərmir. Mənim futbol oynadığım dövrlədə də, elə indi də Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun həm maddi, həm də mənəvi dəstəyini daim hiss etmişik. Mütəmadi olaraq məşqlərimizi izləyir, problemlərimizlə maraqlanır, öz məsləhət və tövsiyyələrini verir. Bundan başqa Yaşar İbrahimov başda olmaqla klubumuzun Müşahidə Şurasının üzvləri də daim komandanın yanındadılar. Ölkə futbolunun inkiişafı üçün çalışan AFFA-nın da hər cür dəstəyini hiss edirik.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

Facebookdan bizi izləməyi unutmayın.
X