Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" bu gün III təsnifat mərhələsinin ilk oyununda "Lill"in qonağı olacaq. Fanat.az xəbər verir ki, qarşılaşmadan öncə Fransa təmsilçisinin portuqaliyalı futbolçusu Ederin "qırmızı-qaralar"a qarşı oynayıb-oynamayacağına aydınlıq gəlib.
Məsələ burasındadı ki, Avropa çempionatında Portuqaliya millisinə çempionluğu qazandıran forvardın adı iştirak ərizəsinə daxil edilməyib. Buna görə də, onun "Qəbələ"yə qarşı oynamayacağı dəqiqləşib.
Görünür, "Lill"in çalışdırıcısı Federik Antonetti komandanın düşərgəsinə yeni qoşulan Ederin xidmətinə ehtiyac duymayıb.
Xatırladaq ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə 21.00-da başlanacaq.
Fanat.az