UEFA Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, həmişəki kimi siyahıda 7 Azərbaycan klubu yer alıb.
Ən yaxşı nəticəyə sahib təmsilçimiz "Qarabağ"dı. Aktivində 14,125 xal olan Ağdam klubu 116-cı pillədə qərarlaşıb.
9,375 xalı olan “Neftçi” 156-cı, 6,375 xalı olan "Qəbələ" 199-cu yerdədi. Hesabında 5,625 xal olan “İnter” 217-ci, 4,125 xala malik “Xəzər Lənkəran” 284-cüdü. Digər komandalarımız isə “300-lük”dən də kənardadı. “Kəpəz” (3,625) 309-cu, “Bakı” (3,375) 318-cidi.
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi “Viktoriya” (Çexiya) 36,175 xalla 48-ci, "Qəbələ"nin Avropa Liqasındakı rəqibi “Lill” (Fransa) 19,749 xalla 86-cıdı.
Qeyd edək ki, İspaniya “Real”ının (144,428) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 134,356 xalla 2-ci, “Barselona” (İspaniya) 129,428 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.az