Ölkəmizi Avropa Liqasının təmsil edən "Qəbələ" sabah III təsnifat mərhələsinin cavab matçında "Lill"i qəbul edəcək.
Fanat.Az xəbər verir ki, qarşılaşmadan bir gün öncə keçirilən mətbuat konfransında çıxış edən fransızların baş məşqçisi Frederik Antonetti oyunla bağlı jurnalistlərin suallarını cavablandırıb.
- İlk oyundan müəyyən nəticələr çıxarmışıq. Sabahkı oyunda komandamızın nəyə qadir olduğunu sübut edəcəyik. İlk oyunda bəzi əsas heyət üzvlərimiz iştirak etmədi. Ancaq sabahkı oyunda bu futbolçular çıxış edəcək. Mərhələni keçməsək, bu, bizim üçün böyük uğursuzluq olacaq.
- Sabah mərhələni adlamasaz, istefa verəcəksiz?
- Futbolda qələbə də, məğlubiyyət də olur. Əvvəlcədən nəsə deyə bilmərəm.
- İlk matçda "Qəbələ”dən belə oyun gözləyirdiz?
- Əlbəttə, gözləyirdik. "Qəbələ” güclü rəqibdi. Rəqibin oyununu izləmişdim. Güclü olduğunu bilirdim.
- Sabah hansı oyunçulara şans verəcəksiz?
- Xeyr, bu barədə məlumat verə bilmərəm.
- Sabah "Lill”in ifasında hücum futbolu görəcəyik?
- Bu haqda dəqiq söz demək mümkün deyil.
- Sabah Ederi meydanda görə biləcəyik?
- Bəli. Sabah ona start heyətində şans verəcəm.
- Ederə birinci oyunda şans vermədiz. Sabahkı oyunda şans verməniz "Qəbələ”dən qorxmağınızdan irəli gəlmir ki?
- Eder öz mövqeyində oynayır. Onunla 10 aydan çoxdu ki, əməkdaşlıq edirik.
Fanat.Az