Ötən mövsüm "İnter"də çıxış edən Kamran Ağayevin işsiz günləri bitir. Fanat.Az xəbər verir ki, millinin qapıçısı yenə Premyer Liqada çıxış edəcək.
Bir müddət AFFA-nın yeni yaratdığı "Səbail" klubunda məşq edən qolkiper artıq "Sumqayıt"ın düşərgəsindədi. Onun "gənclik şəhəri" təmsilçisi ilə müqavilə imzalayacağı deyilir.
Qeyd edək ki, Kamran Ağayev indiyədək "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ", "İnter"lə yanaşı, Türkiyənin "Kayserispor" və "Karşıyaka" klublarında çıxış edib.
Fanat.Az