Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Fanat.az xəbər verir ki, keçirilən 28 oyundan sonra bütün pley-offa yüksələn komandalar müəyyənləşib.
"Lill"i devirərək yoluna davam edən "Qəbələ" səpələnməmişlər qrupunda yer alacaq. "Qırmızı-qaralar"dan fərqli olaraq səpələnmişlər qrupunda yer alan "Qarabağ" isə nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaq. Bundan başqa Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində çıxışını dayandıranlar da Avroliqanın pley-offundan mübarizəyə qoşulacaq.
Artıq təmsilçilərimizin potensial rəqiblərinin siyahısı müəyyənləşib.
Səpələnmişlər sırasında olan "Qarabağ” "Şkendiya”, "İstanbul Başakşehirspor”, "Höteborq”, "Srvena Zvezda”, "Hayduk”, "Sonderyuske” ilə qarşılaşa bilər.
"Qəbələ” isə "Anderlext”, "Vest Hem”, "Krasnodar”, "Maribor”, "Fənərbaxça”, "Panatinaikos”la qarşılaşa bilər.
Qeyd edək ki, Avroliqanın püşkatma mərasimi bu gün saat 15:00-da start götürəcək.
Fanat.az